qanunedalet.com.az
http://qanunedalet.com.az

Balıqçının meyiti sabah Azərbaycana təhvil veriləcək

25-03-2025, 19:51

baliqcinin-meyiti-sabah-azerbaycana-tehvil-verilecek

Lənkəranda itkin düşən balıqçı, rayonun Siyavar kənd sakini Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması və  sosial şəbəkələrdə fotosunun paylaşılması barədə məlumat vermişdik.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, mərhumun qardaşı meyiti ölkəyə gətirmək üçün artıq İran tərəfdədir.

Mahmud İbayevin qardaşı Rəşad İbayev həmin şəkildən qardaşının cəsədini tanıyıb.

Aidiyyəti qurumların dəstəyi ilə R. İbayev İran tərəfdədir və qardaşının meyitini tapan şəxs Səid Hadiani ilə görüşüb. S. Hadiani bildirib ki, meyiti Bəndər-Ənzəli şəhərində, Kəpurçay sahilində tapıb: “Meyit suyun 25 metr dərinliyində idi. Başı aşağı suda qalmışdı. Üzü qaralmışdı, amma bədəni sağ-salamat idi. Qayığa qoyub çölə gətirdik və polisə məlumat verdik. Onu da deyim ki, bu ərazilər həmişə qayıqlarla nəzarət altındadır”.

Qeyd edək ki, meyitin sabah Azərbaycan tərəfə verilməsi nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031