qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu yolda hərəkət məhdudlaşdırılıb - Sürücülərin nəzərinə!

8-03-2025, 12:41

bu-yolda-hereket-mehdudlasdirilib

Bu gün saat 10:00-dan etibarən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildrilib ki, bu, yolun 102-ci kilometrində yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədardır.

Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş edilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031