qanunedalet.com.az
http://qanunedalet.com.az

Natiq Mehdinin qətlinə görə direktor müavininin - 20 il həbsi istənildi

5-03-2025, 19:37

natiq-mehdinin-qetline-gore-direktor-muavininin

Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdini xüsusi amansızlıqla öldürməkdə ittiham olunan məktəb direktorunun müavini Elsevər İslamovun məhkəmə istintaqı tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Elsevər İslamovun ittiham edildiyi maddələrlə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkilə müdafiə çıxışına hazırlanması üçün vaxt verilib. 

Qeyd edək ki, cinayət hadisəsi ötən ilin mayında Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib. Direktor müavini Natiq Mehdini əvvəlcə öldürüb, daha sonra bədənini hissələrə ayıraraq boş ərazidə basdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031