qanunedalet.com.az
http://qanunedalet.com.az

Bakıda daha 2 nəfər spirtdən öldü

26-02-2025, 19:24

bakida-daha-2-nefer-spirtden-oldu

Bakıda daha 2 nəfər texniki spirtdən zəhərlənərək ölüb.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonlarında qeydə alınıb.

Belə ki, Sabunçu rayonunda 45 yaşlı E. Qasımov və Nizami rayonunda 53 yaşlı A. İsayev etil spirtindən zəhərlənərək ölüblər.

Qeyd edək ki, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər etil spirtindən zəhərlənərək ölüb. Məsələ ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031