qanunedalet.com.az
http://qanunedalet.com.az

Nəzrinin ölümünə görə saxlanılan həkimlə bağlı qərar verildi

22-01-2025, 18:56

nezrinin-olumune-gore-saxlanilan-hekimle-bagli-qerar-verildi

Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı ötən gün saxlanılan cərrah Sənan Mehdiyev məhkəməyə çıxarılıb.
Prokuror səhlənkarlıqdan ölümə səbəb olmaqda ittiham olunan cərrahın həbsini istəyib.

Nəsimi Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. S.Mehdiyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurova Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb. İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikaların birində rinoplastika əməliyyatı etdirməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031