qanunedalet.com.az
http://qanunedalet.com.az

Bəzi rayonlara yağış yağıb

15-01-2025, 14:02

bezi-rayonlara-yagis-yagib



Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntı olub.

Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Quba, Astara, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Qusar, Xaltan, Qobustan, Şamaxı, Qrızda 2, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.

Yanvarın 14-də şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Zəngilanda 21 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.

Sumqayıt, Naxçıvan, Şərur, Gəncə, Naftalan, Şəmkir, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Astara, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 1 dərəcəyə yaxın istidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031