qanunedalet.com.az
http://qanunedalet.com.az

Məktəbdə təcrübə zamanı müəllim və şagirdlər yaralandı

6-12-2024, 17:45

mektebde-tecrube-zamani-muellim-ve-sagirdler-yaralandi


Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə xoşagəlməz hadisə yaşanıb.
Kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb. Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.

Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031