qanunedalet.com.az
http://qanunedalet.com.az

Məktəb direktoru faciəvi şəkildə öldü

22-11-2024, 19:37

mekteb-direktoru-facievi-sekilde-oldu


Bu gün İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Məzrəli kənd sakini İsayev Əldursun Feyruz oğlunun idarə etdiyi “Toyota” markalı avtomobillə Aranlı kənd sakini Qənbəralıyev Vüsal Teyyub oğlunun sükan arxasında olduğu “Hyundai” markalı minik maşını toqquşub. Nəticədə Əldursun İsayev ölüb, Vüsal Qənbəralıyev isə xəstəxanaya yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, qəzada həlak olan Əldursun İsayev İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru olub.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031