qanunedalet.com.az
http://qanunedalet.com.az

Bəzi çaylardan sel keçir

28-07-2024, 19:28

bezi-caylardan-sel-kecir



Azərbaycanın əksər rayonlarında yağıntılarda fasilə yaranıb.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova  bildirib ki, Şərur, Gədəbəy, Göygöl, Şəmkir, Oğuz, Ağstafa, Şəki, Zaqatala, Quba, Xaçmaz, Xınalıq, Yevlax, Kürdəmir, Göyçay, Lənkəran, Astara, Cəfərxan, Ağcabədi, İsmayıllı, Xaltanda isə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

O qeyd edib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda, Türyançayda, Qudiyalçayda, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda, Tərtərçayda, Bəsitçayda, Tutqunçayda, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda, Viləşçayda və Təngərüdçayda artım qeydə alınıb.

“Yağan leysan xarakterli yağıntılar nəticəsində Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan,Oğuz rayonu ərazisindən axan Əyriçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan sel keçir”.

G.Abbasova qeyd edib ki, Bakıda və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi əsir, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20 m/s-yə çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031