qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycanın iki nazirliyi Türkiyəyə başsağlığı verdi

13-01-2024, 14:24

Azərbaycanın iki nazirliyi Türkiyəyə başsağlığı verdi



Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi "Pəncə-Kilid" əməliyyatı bölgəsində Türkiyə bazasına edilən terror hücumunda şəhid olan hərbçilərlə bağlı başsağlığı verib. 
Bu barədə nazirliyin "X" sosial hesabındakı paylaşımında qeyd olunub. 
Paylaşımda deyilir: "Pençe-Kilit antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk".
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov da Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb. 
Başsağlığıda deyilir: "Cari ilin 12 yanvar tarixində, terror təşkilatı üzvlərinin "Pəncə-Kilid" əməliyyatı bölgəsində xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik".
Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031