qanunedalet.com.az
http://qanunedalet.com.az

Şuşadakı abidələrin korlanması - Qadağan edildi

Bu gün, 18:33

susadaki-abidelerin-korlanmasi

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanuna dəyişiklik təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Qanuna əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

Prezident İlham Əliyevin qanunun tətbiqi barədə imzaladığı Fərmanla “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə edilən dəyişikliklə Qoruğa müvafiq ərazidə yerləşən dövlət tərəfindən qorunan mədəni sərvətlərin, o cümlədən abidələrin başqa yerə köçürülməsinə, tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına razılıq vermək səlahiyyəti də verilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031