qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu üsulla meşə yanğınlarını vaxtında aşkar edəcəklər

Dünən, 22:48

bu-usulla-mese-yanginlarini-vaxtinda-askar-edecekler

Yunanıstan meşə yanğınlarını vaxtında aşkar etmək üçün ilk dəfə nanopeyklərdən istifadə etməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, ölkədə bu məqsədlə dörd nanopeyk istifadəyə verilib. Bu peyklər yanğın təhlükəsini aşkar edən kimi dərhal yanğınsöndürmə xidmətlərinə xəbərdarlıq göndərir.
Məlumata görə, nanopeyklər Almaniyanın “OroraTech” şirkəti tərəfindən hazırlanıb və bu ilin may ayında orbitə buraxılıb. Süni intellekt və istilik sensorları ilə təchiz olunan cihazlar hətta cəmi 4 metr ölçüsündə olan kiçik yanğın ocaqlarını da müəyyən edə bilir. Adi peyklər isə əsasən daha böyük yanğınları qeydə alır.

Yunanıstanda hər il mayın 1-dən oktyabrın 31-nə qədər olan dövr meşə yanğınları baxımından ən riskli mövsüm hesab olunur.

Qeyd edək ki, son günlər Avropanın bir çox ölkəsində güclü isti hava hökm sürür və bəzi bölgələrdə temperatur üzrə yeni rekordlar qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031