qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycan ilk dəfə baytarlıq vaksini istehsal edəcək

30-06-2026, 22:45

azerbaycan-ilk-defe-baytarliq-vaksini-istehsal-edecek

“Azərbaycanda ilk dəfə olaraq bu ilin sonunadək yerli baytarlıq vaksininin istehsalına başlanılması planlaşdırılır. Bunlar quduzluq xəstəliyinə qarşı tətbiq olunacaq və tamamilə Azərbaycan istehsalı olan vaksinlərdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend-ə və “Xəzər TV”yə birgə müsahibəsində deyib.

“Rabisafe” adlanan bu vaksinlər Qida Təhlükəsizliyi İnstitutunun Qubadakı istehsal müəssisəsində hazırlanır. İnşallah, gələn ildən etibarən Azərbaycan quduzluğa qarşı həm vəhşi heyvanlar, həm də ev heyvanları arasında aparılan vaksinasiyanı öz istehsalı olan preparatlarla həyata keçirəcək. Bu məqsədlə, xüsusilə vəhşi heyvanlar üçün aldatıcı yemlər vasitəsilə vaksinasiya aparılacaq. İstehsal edilən bu vaksinlər beynəlxalq standartlara tam uyğun olduğundan, gələcəkdə onların digər ölkələrə ixracı da nəzərdə tutulur. Gələcəkdə heyvandarlıq və quşçuluq sahəsində digər preparatların da istehsalı nəzərdə tutulur”, - Qoşqar Təhməzli əlavə edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30