Mehman Şoranov : Milli Qurtuluş Günü – Azərbaycanın Xilas və İnkişaf Yolunun Başlanğıcı

Azərbaycan xalqının taleyində mühüm yer tutan 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən şərəfli və əlamətdar səhifələrindən biridir. Bu tarixi gün Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılması, ölkədə sabitliyin və inkişafın təmin olunması ilə yadda qalmışdır. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, ölkəmizin gələcək inkişaf strategiyasının əsasını qoymuşdur.
Balakən rayon Katex bələdiyyəsinin sədri Mehman Şoranov da Milli Qurtuluş Gününün əhəmiyyətini yüksək qiymətləndirərək bildirir ki, bu tarix Azərbaycan xalqının iradəsinin, birliyinin və dövlətçilik ənənələrinə sadiqliyinin təntənəsidir. Onun sözlərinə görə, 1993-cü ilin iyun hadisələri ölkənin gələcək taleyini müəyyənləşdirən dönüş nöqtəsi olmuşdur. Həmin dövrdə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdə xalqın yeganə ümid yeri olan Heydər Əliyevin rəhbərliyə qayıdışı dövlətçiliyin xilası ilə nəticələnmişdir.
Mehman Şoranov qeyd edir ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə sabitlik bərqərar olmuş, iqtisadi inkişafın təməli qoyulmuş, beynəlxalq aləmdə Azərbaycanın mövqeyi güclənmişdir. Məhz həmin siyasi kurs sonrakı illərdə ölkəmizin hərtərəfli tərəqqisinə və qüdrətli dövlətə çevrilməsinə şərait yaratmışdır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Dövlətimizin əldə etdiyi böyük nailiyyətlər, iqtisadi yüksəliş, beynəlxalq nüfuzun artması və Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Milli Qurtuluş ideyalarının real nəticəsidir. Azərbaycan xalqı artıq qalib və güclü dövlətin vətəndaşı kimi gələcəyə inamla baxır.
Katex bələdiyyəsinin sədri Mehman Şoranov vurğulayır ki, bölgələrin inkişafı, vətəndaş rifahının yüksəldilməsi, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu siyasətin nəticəsi olaraq ölkənin hər yerində olduğu kimi Balakən rayonunda da geniş abadlıq-quruculuq işləri həyata keçirilir, insanların sosial rifahı yüksəlir.
Milli Qurtuluş Günü Azərbaycan xalqının müstəqillik yolunda qazandığı ən böyük tarixi nailiyyətlərdən biri kimi daim ehtiramla qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli birliyini, dövlətinə və liderinə olan sarsılmaz inamını nümayiş etdirir. Hər bir azərbaycanlı kimi Mehman Şoranov da əmindir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edən Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq, dövlətimizin qüdrəti və xalqımızın rifahı daha da artacaq.
15 İyun – Milli Qurtuluş Günü müstəqil Azərbaycanın xilası, tərəqqisi və parlaq gələcəyinin təməl daşıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: