qanunedalet.com.az
http://qanunedalet.com.az

“Volqa-499” MMC-nin rəhbəri Fəxrəddin Bəşirov – dövlətçiliyə sədaqətin və vətənpərvərliyin nümunəsi

Bu gün, 20:47

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi

Qurban Bayramı və Azərbaycan Respublikasının Müstəqillik Günü xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ruhunu özündə əks etdirən ən əlamətdar bayramlardandır. Bu əziz günlər münasibətilə ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verən, dövlətçiliyə və milli dəyərlərə sadiqliyi ilə seçilən insanlar hər zaman xüsusi hörmətlə yad olunur. Belə dəyərli insanlardan biri də “Volqa-499” MMC-nin rəhbəri Fəxrəddin Bəşirovdir.
Uzun illərdir fəaliyyət göstərdiyi sahədə peşəkarlığı, məsuliyyət hissi və işgüzar idarəçilik bacarığı ilə tanınan Fəxrəddin Bəşirov rəhbərlik etdiyi müəssisədə daim şəffaflıq, operativlik və vətəndaş məmnuniyyətini əsas prinsip kimi qəbul etmişdir. Onun rəhbərliyi altında “Volqa-499” MMC öz fəaliyyətini uğurla genişləndirərək etibarlı müəssisələrdən birinə çevrilmişdir. 
Fəxrəddin müəllim yalnız uğurlu rəhbər kimi deyil, həm də xeyirxah və vətənpərvər insan kimi cəmiyyətdə böyük rəğbət qazanmışdır. Şəhid ailələrinə, qazilərə və ehtiyacı olan insanlara göstərdiyi diqqət və qayğı onun yüksək insani keyfiyyətlərinin göstəricisidir. Xalqına və dövlətinə bağlılığı ilə seçilən bu ziyalı insan hər zaman milli maraqları üstün tutaraq Azərbaycanın inkişafı naminə yorulmadan fəaliyyət göstərir. 
Qurban Bayramının mərhəmət, paylaşmaq və humanizm kimi ali dəyərlərini öz həyat amalında yaşadan Fəxrəddin Bəşirov ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və dövlətçiliyimizin inkişafı yolunda görülən işləri daim yüksək qiymətləndirir. O, Azərbaycan xalqının birlik və həmrəylik içində daha böyük uğurlara imza atacağına əminliyini ifadə edir.
Bu müqəddəs bayram günlərində Fəxrəddin Bəşirovi və rəhbərlik etdiyi kollektivini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, işlərində yeni nailiyyətlər, ailə səadəti və firavan həyat arzulayırıq. Qoy Qurban Bayramının bərəkəti, Müstəqillik Gününün qüruru hər zaman xalqımızın və dövlətimizin üzərindən əskik olmasın!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031