qanunedalet.com.az
http://qanunedalet.com.az

Naxçıvanda bu yüksək vəzifə ləğv edildi

12-02-2026, 20:08

naxcivanda-bu-yuksek-vezife-legv-edildi

Naxçıvan Muxtar Respublikasında (MR) səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.

Bundan sonra səhiyyə nazirinin iki müavini olacaq.

Qeyd edək ki, hazırda Naxçıvan MR-in səhiyyə nazirinin bir müavini var. Belə ki, həmin vəzifəyə B.Məmmədovun 1 dekabr 2025-ci il sərəncamı ilə Rəşadət Nabatov təyinat alıb. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da R.Nabatova həvalə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031