qanunedalet.com.az
http://qanunedalet.com.az

Nazirliyin bu xidməti ÜST tərəfindən ən yaxşı təcrübə elan edildi

17-12-2025, 18:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Səsiniz olaq” onlayn surdotərcümə xidməti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu inklüziv layihə Təşkilatın Avropa regionu üzrə əlilliyi olan şəxslər üçün əlçatanlığın, müyəssərliyin, inklüziv mühitin və sosial inteqrasiyanın təmini sahəsində uğurlu təcrübələri əhatə edən sənədə daxil edilib.

Sənəddə agentliyin onlayn surdotərcümə xidməti, bu xidmətin üstünlükləri, eşitmə və nitq məhdudiyyətli şəxslər üçün faydaları barədə məlumat verilir.

nazirliyin-bu-xidmeti-ust-terefinden-en-yaxsi-tecrube-elan-edildi


Layihənin qeyd edilən şəxslərin birbaşa xidmət təminatçıları ilə ünsiyyət qura bilmələrinə imkan yaratdığı, habelə səhiyyə xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırdığı diqqətə çatdırılır.

Cari ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan surdo-tərcümə xidməti eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edir. Həmin şəxslər videozəng və ya yazılı mesaj vasitəsilə operatorla əlaqə saxlayır, operator isə surdotərcüməçi funksiyasını icra edərək müraciətin istiqamətinə uyğun olaraq aidiyyəti üçüncü tərəflə əlaqə yaradır və onlayn kommunikasiya qurulur.

Beləliklə, həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyası yerinə yetirilir. Bu xidmətdən indiyədək 218 nəfər faydalanıb.

“Səsiniz olaq” onlayn surdotərcümə xidmətindən yararlanmaq üçün vətəndaşlar 055 213 19 97 əlaqə nömrəsinə “WhatsApp” və ya “Telegram” platformaları vasitəsilə müraciət edə bilərlər.

Xidmət bazar günü istisna olmaqla, həftənin 6 günü saat 09:00-dan 16:00-dək fəaliyyət göstərir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031