qanunedalet.com.az
http://qanunedalet.com.az

AYNA-ya yeni səlahiyyət verildi

28-11-2025, 19:41

ayna-ya-yeni-selahiyyet-verildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dayanacaq məntəqələriylə əlaqədar səlahiyyətli qurum olacaq.
 Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə" Fərmanında əksini tapıb.

Fərmana əsasən, Şuşa şəhərinin ərazisi istisna olmaqla, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək AYNA-ya həvalə edilib.

Şuşada isə bu işləri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi görəcək.

İndiyə qədər AYNA-nın vəzifələri sırasına yalnız Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirmək, onları quraşdırmaq və idarə olunmasını təmin etmək daxil olub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031