qanunedalet.com.az
http://qanunedalet.com.az

DYP-dən sürücülərə çağırış - “Defisə görə müraciət etməyin!”

21-11-2025, 19:21

dyp-den-suruculere-cagiris

“Son günlər dövlət qeydiyyat nişanlarındakı defis işarəsi ilə bağlı yayılan məlumatlar müəyyən çaşqınlıq yaradıb. Qeyd edirik ki, defis işarəsinin olması nömrə nişanının etibarlılığına təsir etmir və hazırda istifadə olunan bütün dövlət qeydiyyat nişanları qüvvədədir”.

Bu sözləri Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev  açıqlamasında deyib.

O bildirib ki, mövcud qaydalara əsasən, nömrə nişanlarının dəyişdirilməsi yalnız zədələnmə, deformasiya və ya oxunmazlıq kimi hallarda mümkündür: “Bunun istisnasında təkcə defis işarəsinə görə nömrənin yenisi ilə əvəz edilməsinə ehtiyac yoxdur. Vətəndaşlardan xahiş olunur ki, yalnız defis işarəsinə görə nömrə dəyişdirmək üçün müraciət etməsinlər.

Sonda bir daha bildiririk: dövlət qeydiyyat nişanı hər hansı deformasiyaya məruz qalmayıbsa, onun dəyişdirilməsi həyata keçirilmir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031