qanunedalet.com.az
http://qanunedalet.com.az

“Sədərək”dəki yanğınla bağlı sığorta şirkətlərinə neçə müraciət daxil olub?

25-08-2025, 19:11

sederekdeki-yanginla-bagli-sigorta-sirketlerine-nece-muraciet-daxil-olub

“Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən ölkəmizdə fəaliyyət göstərən 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlanıb.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı sığorta şirkətlərinə heç bir əmlak sahib(lər)i tərəfindən hər hansı müraciət daxil olmayıb.

Qeyd edilib ki, bu kimi hadisələrin zərərlərini ölkəmizdə tətbiq olunan Daşınmaz əmlak icbari sığortası, Əmlakın yanğından və digər risklərdən sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növ və məhsulları ilə hadisə baş vermədən əvvəl sığortalanaraq təminat altına almaq mümkündür.

Bütün əmlaklarda, ələlxüsus da, bu kimi böyük ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını, qarşısıalınma tədbirlərinə riayət edilməsini və baş verə biləcək hər cür bədbəxt hadisələrlə bağlı priventiv addımların atılmalı olduğunu tövsiyə edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031