qanunedalet.com.az
http://qanunedalet.com.az

Tibbi xidmət rəisi xəstəxana direktoru təyin edildi

22-08-2025, 18:47

tibbi-xidmet-reisi-xestexana-direktoru-teyin-edildi

Astara Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. 

“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Əhmədov Bahadır Allahverdi oğlu sözügedən vəzifəyə təyin olunub. 

Qeyd edək ki, Bahadır Əhmədov N saylı hərbi hissənin tibbi xidmət rəisi vəzifəsində çalışıb. Zərdabın Qoruqbağı kəndindən olan tibb xidməti polkovniki “Vətən uğrunda” medalı ilə təltif edilib. O, Vətən müharibəsi dövründə cəbhənin ən qaynar bölgəsində yüzlərlə yaralımızın həyatının xilas edilməsində böyük xidmətlər göstərib. 

Xatıradaq ki, Astara Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Oktay Əmənullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilib. Dünən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev isə vəzifəsindən azad edilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031