qanunedalet.com.az
http://qanunedalet.com.az

“Sertifikatlaşdırmada 2343 nəfər keçid balını toplamayıb”

30-07-2025, 18:46

sertifikatlasdirmada-2343-nefer-kecid-balini-toplamayib

“Sertifikatlaşdırmada uğur qazanmayan şəxslərin sosial vəziyyətləri və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb”.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, komissiyalar tərəfindən keçirilmiş fərdi görüşlər nəticəsində sosial həssaslıq meyarları əsasında prioritetlik səviyyələri müəyyən edilib və işlə təmin olunma istiqamətində müvafiq tədbirlər görülüb: “Cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2343 nəfər müvafiq keçid balını toplamayıb. Müvafiq komissiyalara müraciət edən şəxslərin sayı 872 nəfər olub. Prosesin şəffaflığı və sosial ədalət prinsipləri əsasında aparılması məqsədilə müvafiq monitorinq və təhlil işləri yerli təhsil idarəetmə orqanlarının nəzarətində saxlanılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031