qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu şəxslərə 2200 manat veriləcək - Siyahı

12-06-2025, 18:52

bu-sexslere-2200-manat-verilecek

Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə 2200 manat veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Azərbaycan Prezidentinin Fərmanında öz əksini tapıb.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat veriləcək.

Şəhid ailəsi və 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat, həmçinin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də 700 (yeddi yüz) manat veriləcək.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı adına görə müavinət 2000 manat, Azərbaycanın Milli Qəhrəmanı adına görə 1800 manat idi.

Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi və Əfqanıstanda həlak olmuş hərbçinin ailəsi üçün müavinət məbləği isə 600 manat təşkil edirdi.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031