qanunedalet.com.az
http://qanunedalet.com.az

Sədr vəzifəsini itirdilər

3-06-2025, 20:45

sedr-vezifesini-itirdiler

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilib. O, Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib.

İlqar Quliyev sədr vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu. İlqar Quliyev ölkə göndəmində müzakirə edilən cinayət işləri, o cümlədən sonuncu dəfə “Şlyapa Zahid”in işini araşdırıb. O, külli miqdarda rüşvətdə ittiham olunan “Şlyapa Zahid”i azadlığa buraxmış, həmin hökm bir neçə ay sonra ləğv edilmiş, Zahid Niftəliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.

Bundan başqa, Toğrul Məmmədov da Goranboy Rayon Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031