qanunedalet.com.az
http://qanunedalet.com.az

9-lar gələn həftə imtahan verəcək

3-04-2025, 13:47

9-lar-gelen-hefte-imtahan-verecek

Aprelin 13-də Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər bu linkdən istifadə edərək imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin buraxılış vərəqələrini çap edə bilər.

Şagirdlər öz iş nömrələrini buradan öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterdə Adobe Reader proqramı olmalıdır. Həmçinin, brauzerin “Pop-up blocked” bölməsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər təhsil müəssisəsi tərəfindən təqdim olunan arayışı DİM-in saytından yükləyə bilərlər.

Gəncə və Lənkəran şəhərlərində imtahan keçirilmə qaydaları

Gəncə və Lənkəran şəhərlərindəki məktəblərin şagirdlərinin imtahanları iki günə bölünüb. Bu bölünmə "hissə" kimi qeyd edilib və “keçid” qoyulub. Linkə klik etdikdə həmin tarixdə hansı məktəblərin imtahan verəcəyi barədə məlumat açılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031