qanunedalet.com.az
http://qanunedalet.com.az

“Restoranlar məhəllə yollarını zəbt edib, zibil əlindən binamıza girə bilmirik”-ŞİKAYƏT

29-03-2025, 14:39

“Restoranlar məhəllə yollarını zəbt edib, zibil əlindən binamıza girə bilmirik”-ŞİKAYƏT
“Nizami Nərimanov küçəsində yaşayırıq. Bu küçədə bir neçə problem var. Zibil qutularını düz yolun ortasına qoyublar. Bütün yolu kəsib. Halbuki arxada yer var , amma ora qoymurlar. Zibil, qurd-quş və üfunət iyindən burada yaşaya bilmirik. Biz bilmirik dərdimizi kimə deyək? Dəfələrlə ərazi üzrə MKİS-ə müraciət etmişik, dərdimizə bir dərman tapmayıblar. Ümidimiz sizsiz ki, bəlkə işıqlandırandan sonra problem həll olunar”
Qanunedalet.com.az xəbər verır kı, bunu Moderator.az-a adıçəkilən küçənin sakinləri bildirib.
Daha sonra ərazidə yaşayan sakinlərdən bir neçəsi bildirib ki, bu ünvanda bir neçə restoran fəaliyyət göstərir və onlar qeyri-qanuni şəkildə yolu zəbt ediblər:
“Yolun kənarına qədər çıxıblar. Bütün yolları zəbt ediblər. Özü də bir restoran olsa dərd yarı. 5-6 restoran bütün bardyorları zəbt edib. Tıxac əlindən yaşadığımız binaya girib çıxa bilmirik. Biyabırçılıqdır! Müraciətlərimiz cavabsız qalıb” deyə ünvanda yaşayan sakinlər bildirib.
Sözügedən ərazidən fotoları sizlərə təqdim edirik.
Mövzunu davam etdirəcəyik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031