qanunedalet.com.az
http://qanunedalet.com.az

“Araşdırılmanın tezliklə başa çatdırılacağına ümid edirəm”

6-01-2025, 18:27

arasdirilmanin-tezlikle-basa-catdirilacagina-umid-edirem

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir:

“Cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həmrəyliyimi ifadə edirəm. Düşüncələrim ailə üzvlərini və yaxınlarını itirənlərlədir. Yaralananlara tezliklə və tam sağalmağı diləyir, bu faciənin səbəblərinin araşdırılmasının tezliklə başa çatdırılacağına ümid edirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031