qanunedalet.com.az
http://qanunedalet.com.az

“Aeroportda temperaturu uzaqdan ölçmək mümkün olacaq”

30-10-2024, 20:08

aeroportda-temperaturu-uzaqdan-olcmek-mumkun-olacaq


“Azərbaycanın beynəlxalq hava limanında termometrial, yəni uzaqdan temperaturun ölçülməsi mümkün olacaq”.
Bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, bir çox infeksion xəstəliklərin ilkin əlaməti yüksək temperaturdur.
Ətraflı

O bildirib ki, buna görə gələn qonaqların uzaqdan temperaturunun ölçülməsi ilə onlar arasında kimdəsə infeksion xəstəlik olarsa, aşkarlanacaq və əgər şübhəli hallar olarsa, həmin şəxsin müayinə və müalicə olunması təşkil olunacaq.

“Meymunçiçəyi, COVID-19 və digər respirator infeksiyaların laborator diaqnostikası üçün lazım olan diaqnostik testlər gətirilib. Tədbirdə iştirak edəcək qurumların əməkdaşları üçün peyvəndlər gətirilib”, - N.Zeynalov əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031