qanunedalet.com.az
http://qanunedalet.com.az

Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir

22-10-2024, 18:06

mulki-prosessual-mecelleye-deyisiklik-edilir




Mülki məhkəmə icraatı zamanı məhkəmə üçün nəzərdə tutulan bir sıra prosessual müddətlər dəqiqləşdirilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxılacaq və həll ediləcək. Vəsatətə onun təqdim edildiyi və ya növbəti məhkəmə iclasından gec olmayaraq baxılacaq. Vəsatətdə göstərilən məsələ təxirəsalınmaz qaydada həll edilməli olduqda, vəsatətə baxılması ilə bağlı işdə iştirak edən şəxslərə məlumat verilməklə məhkəmə iclası təyin edilə bilər.

Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılacaq və həll ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031