qanunedalet.com.az
http://qanunedalet.com.az

Zakir Həsənov Arnold H.Kammeli qəbul etdi

11-06-2024, 20:36


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Avstriya Federal müdafiə nazirinin Baş katibi doktor Arnold H.Kammelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə minatəmizləmə işləri ilə bağlı görülən tədbirlər barədə qonağı məlumatlandırıb.

Görüşdə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi, o cümlədən təhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının Avstriyanın təşkilatçılığı ilə keçirilən müxtəlif kurs, seminar və treninqlərdə iştirakı yüksək qiymətləndirilib.

Müdafiə naziri avstriyalı qonağı cari ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən cənab A.H.Kammel Azərbaycan ilə Avstriya arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Avstriya arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti müzakirə edilib, birgə hərbi əməkdaşlığın inkişafında qərargah görüşlərinin və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031