qanunedalet.com.az
http://qanunedalet.com.az

Ramazan ayı ilə bağlı məscid və ziyarətgahlarda monitorinqlər keçirildi

4-04-2024, 19:07


Ramazan ayı ilə bağlı məscid və ziyarətgahlarda monitorinqlər keçirildiDini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hər il olduğu kimi, bu il də Ramazan ayı boyunca respublikada dini durum nəzarətdə saxlanılıb, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər keçirilib, eləcə də, dini maarifləndirmə sahəsində silsilə görüş və konfranslar təşkil edilib.

Trend-in məlumatına görə, bunu DQİDK-nın sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı komitədə keçirilən müşavirə zamanı deyib.

O qeyd edib ki, Ramazan ayı müvafiq tədbirlərin keçirilməsi üçün dini icmalara dövlət tərəfindən lazımi qayğı və dəstək göstərilib.


Komitənin Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə isə deyib ki, Ramazan ayı müddətində vahid Ramazan təqviminə riayət olunmasının xüsusi nəzarətdə saxlanılıb.

O bildirib ki, Ramazan ayı ərzində Dövlət Komitəsinin Mərkəzi Aparatına yerlərdən daxil olmuş məlumatlar ümumiləşdirilərək təhlil olunub, respublikada ümumi dini durumun qiymətləndirilməsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031