qanunedalet.com.az
http://qanunedalet.com.az

Quru sərhədlər növbəti üç ay da bağlı olacaq - Baş nazir

15-03-2024, 21:47

Quru sərhədlər növbəti üç ay da bağlı olacaq - Baş nazir

Quru sərhədlər növbəti üç ay da bağlı olacaq.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

"Baxmayaraq ki, sərhədlər bağlı olub, ölkədə ümumi daxili məhsulda artım davam edib. Sərhədlərin bağlanmasını ÜDM ilə əlaqələndirmək doğru deyil", - o qeyd edib.

Qeyd edək ki, Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib ki, yeni inkişaf mərhələsindəki hədəflərə çatmaq üçün “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası və maliyyə təminatının yaradılması vacib vəzifələrdən hesab olunur.
“Müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcəkdir. Dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaqdır.

Əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728