qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycanda ən ağır su çatışmazlığı olan region açıqlandı

13-03-2024, 16:16

Azərbaycanda ən ağır su çatışmazlığı olan region açıqlandı

Azərbaycanda ən ağır su çatışmazlığı olan region Şamaxı-Qobustan zonasıdır.
Bunu "HİDROLOQ" MMC-nin baş mütəxəssis, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.

O bildirib ki, bu zonalar Bakıya çox yaxındır, həm də turizm və kənd təsərrüfatının inkişafı üçün əlverişlidir.

“Çox təəssüflər olsun ki, ərazidə su çatışmazlığı olduğu üçün çox ciddi sıxıntılar yaranır. Bunu, əsasən, yay aylarında müşahidə edirik. Şamaxı və Qobustan şəhəri şəhər olaraq su ilə təmin olunublar, amma bu zonada 38 kənd ciddi su sıxıntısı ilə qarşı-qarşıyadır, bulaqlar quruyur, su yoxdur.

Təklif edirik ki, Ağsu çayının bir qolu üzərində, Basqal kəndinin ərazisində bir su anbarı tikilsin. Girdimançayın istifadə olunmayan su ehtiyatının bir hissəsi bura axıdılır və bu anbardan da Şamaxı şəhərinin girişinə su veririk.

Yəni apardığımız araşdırmalara görə, ildə bu zonalara təxminən 50 milyon kubmetrə qədər su vermək olar. Təsəvvür edin, 1 kubmetr suya ehtiyacı olan bu əraziyə ildə 50 milyon kubmetr su vermək bu ərazidə intensiv bağçılığın inkişafına təkan yaradar. Həm də burada heç bir nasosdan istifadə olunmayacaq”, - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728