qanunedalet.com.az
http://qanunedalet.com.az

Bakıda islamofobiyaya qarşı mübarizəyə dair beynəlxalq konfrans çərçivəsində aralıq sessiyaları təşkil edilib

8-03-2024, 18:43

Bakıda islamofobiyaya qarşı mübarizəyə dair beynəlxalq konfrans çərçivəsində aralıq sessiyaları təşkil edilib

Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində aralıq sessiyaları keçirilir.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin keçmiş direktor müavini, İnanc Əsaslı və Qonşuluq Tərəfdaşlıqları Mərkəzi, Dini Etiqad Azadlığı üzrə Amerika Mərkəzinin direktoru Janna Skotun moderatorluğu ilə keçən “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” adlı aralıq sessiyasında mövzu ətrafında müzakirələr aparılır.

İclasda İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmut Erol Kılıç, Böyük Britaniyanın Srebrenitsanı xatırlama təşkilatının sədri və “Badger” Sağlamlıq Qrupunun baş icraçı direktoru Vəqaruzzaman Əzmi, ABŞ Müsəlman Təşkilatları Şurasının baş katibi Oussama Əli Cammal, Türkiyə Dəyanət Vəqfi İslam Araşdırmaları Mərkəzinin vitse-prezidenti Yaşar Çolak, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Aix-Marsel Universitetində İslamşünaslıq üzrə müəllim Baptiste Brodard, Qətər Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin nümayəndəsi, beynəlxalq əlaqələr üzrə professor Bülent Arasın çıxışları nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031