qanunedalet.com.az
http://qanunedalet.com.az

Erməni general restoranda baş verən atışmaya görə həbs edilib

15-01-2024, 11:59

Erməni general restoranda baş verən atışmaya görə həbs edilib

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan 2 ay müddətinə həbs edilib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Varazdat Arutyunyan sosial şəbəkələrdə məlumat yayıb.

O qeyd edib ki, T.Xaçatryana qarşı silahdan istifadə etməklə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, daha əvvəl məlumat verilmişdi ki, T.Xaçatryan kütləvi dava zamanı restoranda silahdan atəş açıb. Hadisə nəticəsində bir nəfər yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031