qanunedalet.com.az
http://qanunedalet.com.az

İstanbulda içərisində şagirdlərin olduğu avtobus qaçırıldı

4-01-2024, 19:50

İstanbulda içərisində şagirdlərin olduğu avtobus qaçırıldı


İstanbulda içərisində şagirdlərin olduğu avtobus naməlum şəxs tərəfindən qaçırılıb.
Hadisə Kadıköydə baş verib. İbtidai məktəbə şagirdləri aparan servis maşını işıqforda dayanıb. Bu zaman bir nəfər sürücüyə xəbərdarlıq edərək arxa təkərinin partladığını bildirib. Sürücü təkəri yoxlamaq üçün avtomobilin arxasına keçən zaman naməlum şəxs avtomobili qaçırıb. 
Şübhəli 10 şagird və nəzarətçini Göztəpə yaxınlığında endirib və avtomobillə qaçmağa davam edib.
Daha sonra qaçırılan xidməti avtomobil tapılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031