qanunedalet.com.az
http://qanunedalet.com.az

İsrail əsgərləri Qəzzada yardım karvanına atəş açıb

29-12-2023, 12:41

İsrail əsgərləri Qəzzada yardım karvanına atəş açıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzza direktoru Tomas Uayt, İsrail əsgərlərinin blokada altındakı Qəzza zolağının şimalından qayıdan humanitar yardım karvanına atəş açdığını açıqlayıb. 
Xarici KİV bildirir ki, sözügedən  karvana İsrail ordusunun təyin etdiyi marşrutda olarkən hücuma məruz qaldığına diqqət çəkən Uayt, hücumda heç kəsin xəsarət almadığını bildirib.
Hücum zamanı konvoydakı bir avtomobilin zədələndiyini bildirən Uayt, “Yardım işçiləri heç vaxt hədəf olmamalıdır”,- deyə məlumat paylaşıb. 
İsrail ordusu hücumla bağlı hələlik açıqlama verməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031