qanunedalet.com.az
http://qanunedalet.com.az

Turizm şəhərində 7 meyit: Qızıl ticarəti iddiası

4-12-2023, 19:50

Turizm şəhərində 7 meyit: Qızıl ticarəti iddiası

Kolumbiyanın Santa Fe de Antiokia turizm şəhərində 7 cəsəd tapılıb.

Xarici KİV xəbər verir ki, qəsəbənin Antioquia inzibati bölgəsindəki kənd ərazisində çoxlu cəsədin tapıldığı xəbəri üzərinə hadisə yerinə gələn polis qrupları göndərilib.

Araşdırma nəticəsində 7 nəfərin güllələnərək öldürüldüyü müəyyən edilib. Hadisə yerində mətbuata açıqlama verən polis rəisi Uilyam Daniel Melo işgəncə izləri olan cəsədlərin müayinə üçün məhkəmə tibb mərkəzinə aparıldığını bildirib.

Kolumbiya mətbuatında yayılan xəbərdə cinayətlərdən "Clan del Golfo" şəbəkəsinin məsuliyyət daşıdığı və qanunsuz qızıl ticarəti səbəbiylə bölgədə dəstələr arasında qarşıdurma yaşandığı qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728