qanunedalet.com.az
http://qanunedalet.com.az

"Polislərin insanları necə döydüyünü gördük" - Messi

22-11-2023, 13:20

"Polislərin insanları necə döydüyünü gördük" - Messi

"Polislərin insanları necə döydüyünü gördük, ailələrimiz də tribunalarda idi".
Bunu Argentina millisinin hücumçusu Lionel Messi Braziliya-Argentina matçı öncəsi iğtişaşlara münasibət bildirərkən deyib. 
O, qeyd edib ki, eyni şey Copa Libertadores finalında da baş verib: "Futbolçuları oyun haqda düşünməkdən çox tribunada baş verənlər narahat edirdi. Vəziyyəti sakitləşdirmək üçün hələ də oynayırdıq". 
Qeyd edək ki, Braziliya-Argentina matçının startı stadionda azarkeşlərlə polis arasında baş verən davaya görə təxirə salınıb. Nəticədə Argentina yığması meydanı tərk edərək tribunalara qayıdıb. Daha sonra qarşılaşma başlayıb və Argentina yığması az fərqlə qalib gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031