qanunedalet.com.az
http://qanunedalet.com.az

Almaniyada isti hava ilə əlaqəli ölümlərin sayı açıqlandı

Dünən, 19:12

almaniyada-isti-hava-ile-elaqeli-olumlerin-sayi-aciqlandi

Almaniya bu yay müşahidə olunan və rekord səviyyəyə çatan istilik dalğası nəticəsində baş verən ölüm hallarının sayını müəyyən edib.

“Qafqazinfo” xəbər verir ki, yeni məlumatları ölkənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Robert Kox İnstitutu yayıb.

İnstitutun statistik modelinə əsasən, Almaniyada həddindən artıq istilərlə əlaqəli ölüm hallarının sayı avqustun 20-dək 14 000-ə çatıb. İsti hava şəraiti ən çox 85 yaş və ondan yuxarı olan qadınların həyatına son qoyub.

Belə ki, institut istiliklə bağlı ölüm halları barədə həftəlik məlumatlar dərc edir. Rəsmi hesabatlarda hava şəraiti nadir hallarda ölüm səbəbi kimi göstərilir, əksər hallarda istilik, mövcud xroniki xəstəlikləri olan şəxslər üçün vəziyyəti ağırlaşdıran amil kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31