qanunedalet.com.az
http://qanunedalet.com.az

Türkiyədə 117 tələbə qidadan zəhərlənib

13-11-2023, 12:40

Türkiyədə 117 tələbə qidadan zəhərlənib

Türkiyədə 117 tələbə qidadan zəhərlənib. 
“Report” “Haber Global” telekanalına istinadən xəbər verir ki, hadisə Isparta Süleyman Dəmirəl Universitetinin Şərq Kampusunda yerləşən Kredit Yurdular Təşkilatına bağlı Bədiüzzaman Səid Nursi Qız Yataqxanasında baş verib. 
Belə ki, şam yeməyindən sonra 117 tələbə ürək bulanması, qarın ağrısı və ishal kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. 
Xəstəxanalara müraciət edən tələbələrin hamısı təcili yardım şöbələrində müalicə olunub və ambulator müalicəyə göndərilib. Faktla bağlı araşdırma aparılır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30