qanunedalet.com.az
http://qanunedalet.com.az

Tailandda 11 yaşlı uşaq maşınla rahibləri vurub - 9 ölü

2-07-2026, 19:02

tailandda-11-yasli-usaq-masinla-rahibleri-vurub

Tailandda 11 yaşlı uşaq avtomobillə ağır yol-nəqliyyat hadisəsi törədib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə Tailandın şimal-şərqində, Mukdahan bölgəsində baş tutub.

Valideynlərindən icazəsiz avtomobili götürən uşaq idarəetməni itirərək 34 nəfərdən ibarət rahib qrupuna çırpılıb.

Hadisə nəticəsində doqquz rahib həlak olub.

Onlardan beşi hadisə yerində, daha dördü isə aldıqları xəsarətlərdən Mukdahan xəstəxanasında həyatını itirib.

Qəza zamanı daha 13 nəfər isə yaralanıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930