Xameneinin vida mərasimində yüzə yaxın dövlətin nümayəndəsi iştirak edəcək

İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimində təxminən 100 dövlətin nümayəndəsi iştirak edəcək.
“Qafqazinfo” IRIB-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlayıb.
Bildirilib ki, iyulun 3-ü səhər saatlarında ictimaiyyətin iştirakı ilə vida mərasimi keçiriləcək, günün ikinci yarısında isə mərasimə yüksəksəviyyəli xarici nümayəndə heyətləri qoşulacaq.
Məlumata görə, qonaqlar arasında dövlət başçıları, parlament sədrləri, xarici işlər nazirləri, hökumətlərin xüsusi nümayəndələri, eləcə də siyasi və ictimai xadimlər olacaq.
Qeyd edək ki, proqrama əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: