qanunedalet.com.az
http://qanunedalet.com.az

Venesueladakı dəhşətli zəlzələdə ölənlərin sayı 589-a çatdı

Bu gün, 18:14

venesueladaki-dehsetli-zelzelede-olenlerin-sayi-589-a-catdi

“Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində həyatını itirənlərin sayı kəskin şəkildə artaraq 589 nəfərə çatıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes son rəsmi bəyanatında məlumat verib.

O bildirib ki, təbii fəlakət zamanı xəsarət alanların sayı 2.980 nəfərə yüksəlib:
“7.2 və 7.5 maqnitudalı iki böyük zəlzələdən sonra bölgədə daha 214 afterşok (yeraltı təkan) qeydə alınıb ki, bu da dağılmış binalar altında qalanların xilas edilməsi işlərini çətinləşdirir. Dağıntıların ən çox qeydə alındığı La Quayra ştatı fəlakət zonası elan edilərək hərbçilərin nəzarətinə verilib”.

BMT-nin yaydığı humanitar hesabata əsasən, zəlzələlər ümumilikdə təxminən 6.76 milyon insanın həyatına birbaşa və ya dolayısı ilə mənfi təsir göstərib.

Qeyd edək ki, hazırda BMT-nin xüsusi koordinasiyası ilə dünyanın 17 ölkəsindən, o cümlədən ABŞ, Meksika, Kolumbiya, Hindistan və Almaniyadan olan beynəlxalq axtarış-xilasetmə qrupları və tibbi briqadalar təcili şəkildə fəlakət bölgəsinə cəlb olunublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930