qanunedalet.com.az
http://qanunedalet.com.az

Rusiyada “Lukoyl” məntəqələrində məhdudiyyət - Maksimum 30 litr benzin almaq olur

Dünən, 18:33

rusiyada-lukoyl-menteqelerinde-mehdudiyyet

Rusiyanın Voloqda vilayətində yanacaq təchizatı məsələləri üzrə operativ qərargahın iclası keçirilib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Georgi Filimonov məlumat verib.

Qubernator ölkənin bir neçə regionunda yanacaqla bağlı ajiotaj yaşandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, yanacaqdoldurma məntəqələrində növbələrə və spekulyasiya riskinə səbəb olur.

Filimonov Voloqdada yanacaq çatışmazlığının olmadığını, eləcə də vilayətə benzin və dizel yanacağı tədarükü ilə bağlı vəziyyətin nəzarət altında olduğunu söyləsə də, “Lukoyl” şirkətinin ölkə üzrə yanacaqdoldurma məntəqələrində bir sıra məhdudiyyətlər tətbiq etdiyini diqqətə çatdırıb.

Tətbiq olunan məhdudiyyətə əsasən, avtomobillər üçün maksimum 30 litr benzin və 60 litr dizel yanacağının satılmasına icazə verilir. Bidonlarla yanacaq satışı dayandırılıb. Trassların kənarında yerləşən yanacaqdoldurma məntəqələrində isə ayrıca limitlər tətbiq olunur: maksimum 30 litr benzin və 200 litr dizel.

Region qubernatoru sabit təchizatı təmin etmək və məhdudiyyətləri aradan qaldırmaq üçün əsas yanacaq təchizatçıları ilə əlaqə saxladığını açıqlayıb. O həmçinin region sakinlərinə nəqliyyat vasitələrinə lazım olduqda yanacaq doldurmağı, süni ajiotaj yaratmamağı və yalnız rəsmi məlumatlara etibar etməyi tövsiyə edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930