qanunedalet.com.az
http://qanunedalet.com.az

İran və ABŞ arasında birbaşa danışıqlar başlayır

18-06-2026, 20:27

iran-ve-abs-arasinda-birbasa-danisiqlar-baslayir

İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Arabiya” nəşri məlumat yayıb.
Məlumata görə, görüş zamanı İranın nüvə proqramı, bu ölkəyə qarşı sanksiyaların aradan qaldırılması, Tehranın dondurulmuş aktivlərinin qaytarılması, həmçinin Livanın “Hizbullah” hərəkatının fəaliyyəti ilə bağlı məsələlər müzakirə ediləcək.

Sürixdə keçiriləcəyi güman edilən danışıqlarda Qətər və Pakistan nümayəndələrinin iştirak edəcəyi, bəzi görüşlərdə isə Türkiyə və Səudiyyə Ərəbistanının da təmsil olunacağı bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930