qanunedalet.com.az
http://qanunedalet.com.az

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

12-06-2026, 18:37

ukrayna-ordusuna-daha-cox-ecnebi-konulluler-celb-olunacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi könüllülərin cəlb edilməsi üçün əlavə mexanizmlərin hazırlanması ilə bağlı tapşırıq verib.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, hökumət üzvləri və hərbi komandanlıqla keçirilən müşavirənin yekunlarına dair “Telegram” kanalında etdiyi paylaşımında yazıb. 

“Ukraynada azadlığımız uğrunda döyüşən digər ölkələrdən olan bütün könüllülərə minnətdarlığımı bildirirəm. Mən Ukrayna ordusuna əcnəbi könüllülərin cəlb edilməsi üçün daha çox imkanların yaradılmasını tapşırdım. Bundan sonra rekruitinq üçün daha çox mexanizmlər olacaq”, - Ukrayna dövlət başçısı bildirib. 

Bundan əlavə, Zelenski hərbi qulluqçuların ödənişlərinin də artırılacağını bəyan edib. Onun sözlərinə görə, arxa cəbhədəki hərbçilər üçün minimum pul təminatı 30 min qrivna (təxminən 1140 AZN) təşkil etməlidir, ön cəbhədəki bölmələr üçün isə orta ödəniş 300 min qrivnaya (təxminən 11400 AZN) çatdırılmalıdır. 

Zelenski hazırda tətbiq olunan dəyişikliklərin artıq bu yay ərzində öz effektivliyini göstərəcəyinə ümidvar olduğunu bildirib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30