qanunedalet.com.az
http://qanunedalet.com.az

Ermənistanın Rusiyaya göndərdiyi meyvə-tərəvəzdə də problem aşkarlandı

Bu gün, 18:58

ermenistanin-rusiyaya-gonderdiyi-meyve-terevezde-de-problem-askarlandi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan idxal edilən meyvə və tərəvəzlərdə də problemlər aşkar edib.

“Qafqazinfo” “Vesti”yə istinadən istinadən xəbər verir ki, bu barədə agentliyin rəhbəri Sergey Dankvert bildirib. 

“Biz müfəttişlərimizi göndərmək məcburiyyətində qaldıq. Onlar daha bir həftə işləyəcəklər və biz bu yoxlamanın nəticələrinə əsasən qərar verəcəyik. Problem ondadır ki, təkcə çiçəklərlə deyil, həm də tərəvəz və meyvələrlə bağlı problemlərimiz var”, - o deyib. 

Xatırladaq ki, ötən gün “Rosselxoznadzor” mayın 22-dən başlayaraq, istixanaların yoxlanılması başa çatana və nəticələr təhlil edilənə qədər Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcəyini açıqlamışdı. Bu barədə danışan Ermənistanın Baş naziri Nikol Paşinyan fitosanitar standartlara uyğun gəlməyən istənilən mallarla bağlı məhdudiyyətlərin hər zaman olduğunu və bundan sonra da olacağını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031