qanunedalet.com.az
http://qanunedalet.com.az

Gürcüstanın yeni Patriarxı seçilib

11-05-2026, 17:37

gurcustanin-yeni-patriarxi-secilib

Mitropolit Şio (Elizbar Muciri) Gürcüstanın yeni Patriarxı təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pravoslav Jurnalistlər İttifaqı (UOJ) özünün teleqram kanalında məlumat yayıb.
Onun lehinə 22 yepiskopun səs verdiyi bildirilib.

Şiodan başqa patriarxal taxt-tac üçün daha iki namizəd var idi: Poti və Xobi mitropoliti Qriqol (Berbiçaşvili) və Urbnisi və Ruisi mitropoliti İob (Akiaşvili).

Gürcü Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi kilsəyə yarım əsrə yaxın rəhbərlik etmiş bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın martın 17-də vəfatından sonra baş tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30