qanunedalet.com.az
http://qanunedalet.com.az

Kreml xarici KİV-ə verilmiş akkreditasiyaları ləğv etdi

8-05-2026, 18:22

kreml-xarici-kiv-e-verilmis-akkreditasiyalari-legv-etdi

Kreml Moskvada keçiriləcək 9 May - Faşizm üzərində qələbənin ildönümünə həsr olunmuş parad üçün xarici mətbuat orqanlarının müxbirlərinə verilmiş akkreditasiyaları geri çağırıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Bildirilir ki, akkreditasiyanın ləğv edilməsi barədə redaksiyalara telefonla məlumat verilib. “Spiegel”dən başqa Almaniyanın ARD və ZDF, Böyük Britaniyanın “Sky”, Fransanın AFP agentliyinin, İtaliyanın “Rai” teleşirkətinin, Yaponiyanın NHK nəşrinin akkreditasiyalarının da geri çağırıldığı iddia olunur. 

Bu addımın yaranmış vəziyyətlə əlaqədar paradın işıqlandırılması formatının dəyişdirilməsi səbəbindən atıldığı bildirilir. 

“Buna görə də artıq akkreditasiya verilmiş xarici KİV parada buraxılmayacaq. Yalnız Rusiya KİV-ə icazə verilir”, - Kremlin “Spiegel”ə verdiyi açıqlamada deyilir. 

Nəşr Moskva paradında bu cür halla ilk dəfədir rastlaşdıqlarını yazır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930